Son yeniləmə: 28 Mart 2024 14:44
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın əsas müxalifət partiyası VMRO-DPMNE 2024-cü il parlament seçkilərində qalib gələcəyi təqdirdə etməyi planlaşdırdığı dəyişiklikləri açıqlamağa başlayıb.
Yeni Balkan xəbər verir ki, keçirilən təqdimatda VMRO – DPMNE rəhbəri Kristian Mitskovski 1198 nömrəli Platforma kimi təqdim edilən proqramda siyasi sistem etməyi planlaşdırdıqları dəyişiklikləri açıqlayıb.
Həmin proqrama əsasən, parlament deputatlarının sayının 120-dən 90-a endirilməsi, seçkilərin 6 dairə deyil, vahid seçki dairəsi üzrə keçirilməsi, nazirlik və qurumların strukturunun yenidən qurulması, direktor müavini vəzifəsinin ləğvi, dövlətə məxsus İctimai Şirkətlərdə İdarə Heyətinin və Audit Şurası üzvlərinin sayının azaldılması nəzərdə tutulub.