Press "Enter" to skip to content

Kibertəhlükəsizlik qaydaları ilə bağlı tədbirlər

Memorandum imzalanıb

BAYRAQDAR MEDİA – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyinin (ETN) “Məktəblinin dostu” layihəsi arasında Anlaşma Memorandumu imzalanıb.

Bu haqda ETN-nin yaydığı xəbərdə qeyd edilir.

Xəbərdə deyilir ki, “Memorandumun imzalanmasında məqsəd uşaqların internetdən təhlükəsiz istifadə imkanlarının möhkəmləndirilməsi üçün maarifləndirmə tədbirlərini intensiv həyata keçirməkdir. Bununla da ETX daha geniş auditoriyaya çatmağı, həmçinin məktəblilərin kibertəhlükələr və onlayn risklər haqqında məlumatlılığının artırılmasına nail olmağı planlaşdırır”.

Layihə çərçivəsində Bakı və Abşeron üzrə 66, bölgələr üzrə isə 11 məktəbdə kibertəhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Sözügedən tədbirlər üzrə ümumilikdə 12 min məktəblinin kibertəhlükəsizlik qaydaları və onlayn risklər barədə məlumatlandırılması hədəflənir.

Mission News Theme by Compete Themes.