Dr. Yücel Karauz: Ermənistan bu tamaşada sadəsə ipi başqalarının əlində olan bir kukladır
BAYRAQDAR MEDİA – “Ermənistan Birinci Qarabağ savaşını xarici güclərin dəstəyi ilə reallaşdıran bir dövlət olaraq 1992-ci ildən 2020-ci ilə qədər özü haqqında süni bir əfsanə, süni bir mif yaratmağa çalışmışdır. Lakin bütün bunlar İkinci Qarabağ savaşında darmadağın oldu”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.
Onun sözlərinə görə, məhz İkinci Qarabağ savaşı Ermənistan ordusunun, əslində nəyə qadir olduğunu ortaya qoydu: “Söhbət təbii ki, uğursuzluqlar, acınacaqlı məğlubiyyət və 44 gündə 60 faiz itkiyə məruz qalan bir ordudan gedir. Bununla da bütün dünyaya agah oldu ki, Birinci Qarabağ savaşında qalib gələn Ermənistan ordusu deyil, bu ölkənin xarici havadarlarının hərtərəfli dəstəyi və digər məqamlar olmuşdur”.
Dr. Yücel Karauz deyib ki, digər məqamlar da Ermənistanın hər zaman İraq, Suirya və Livandan olan terror qrupları, xüsusilə də PKK terror təşkilatnın silahlı birləşmələrinin yardımından istifadə etməsi ilə bağlıdır: “Qeyd edim ki, Ermənistan hazırda da terror qrupları ilə əlaqlərini davam etdirir. 2020-ci ildəki acınacaqlı məğlubiyyətdən dərs çıxarmaq əvəzinə, Paşinyan rejimi İraq, Suirya və Livandan olan terror qruplaşmalarını, muzdli əsgərləri, o cümlədən PKK terrorçularını Azərbaycanla sərhəd bölgələrə yerləşdirməkdədir. Bu isə Ermənistanın sülhə deyil, savaşa hazırlaşdığını ortaya qoyur”.
Müsahibimiz vurğulayıb ki, Ermənistanın müharibəyə hazrlaşdığını təsdiqləyən digər məqam isə başda Fransa və Hindistan olmaqla çeşidli ölkələrdən müasir döyüş silahları, hərbi teknika alması ilə bağlıdır: “Bütün bunlar isə Avropa Birliyininin missiyasının Azərbaycanla sərhddə yerləşdirilməsi ilə müşahidə edilir. Məlum olduğu kimi bu günlərdə Ermənistan parlamenti Azərbaycanla sərhəddə yerləşdirilmiş AB missiyasının statusuna dair razılaşmanı ratifikasiya edib. Bu isə Batının Ermənistanı regionda yeni qanlı savaşa hazrladığına işarə edir. Çünki sözügedən missiyanın tərkibində Avropa ölkələrindən regiona gələnlər mülki görünüşlü, lakin hərbi, təhlükəsizlik və kəşfiyyat sahəsində çalışmış peşəkar şəxslərdir”.
Dr.Y.Karauzun sözlərinə görə bu da son deyil: “Hazırda Ermənistana Fransanın timsalında Batı tərəfindən kəşfiyyat dəstəyi də verilir. Deməli, Batı burada Türkiyəni, Azərbaycanı, Güney Qafqazda kövrək sabitliyi hədəf götürüb. Yəni, AB, ümumilikdə, ABŞ və Fransanın timsalında Batı regionda yeni bir oyuna baş vurur. Elə aprelin 5-də keçiriləcək AB, ABŞ və Ermənistan təhlükəsizlik görüşü də bu məqsədə xidmət edir. Səbəb də təkcə bu regionu Rusiyanın nəzarətindən çıxarmaqla bağlı deyil. Batı bu yolla türk dünyasının daha sıx inteqrasiyasının, Türk Dövlətləri Təşkilatı tərəfindən atlan addımların qarşısını almaq istəyir. Bir sözlə, bu, Batının dərin ağlının hazırladığı bir ssenaridir. Bu ssenaridə baş rolu guya Ermənsitanın oynadığı görüntüsü yaradılır. Amma Ermənistan bu tamaşada sadəsə ipi başqalarının əlində olan bir kukladır. Lakin bu cəhdlər əbəsdir və heç bir nəticə verməyəcək. Ona görə də Ermənistan bir an öncə ağlını başına almalı, yanlış və onu bir dövlət kimi məhv olmağa sürükləyən addımlardan çəkinməldir”.