BAYRAQDAR MEDİA – Bayram tətili günlərində ölkə ərazisinin meşə fondu torpaqlarında 101 min 260 ədəd ağac əkilib, 125 kiloqram toxum səpilib. Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “o qeyd edib ki, bayram günlərində Masallı, Lerik, Şabran, Siyəzən, Xızı, Qusar, Ağsu, Şəki, Qax, Zaqatala, Sabirabad, Ağcabədi, Şəmkir, Tovuz, Göygöl, Yevlax, Samux, Qəbələ və Oğuz rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə hər bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilib”.