Son yeniləmə: 27 Mart 2024 07:44
Bolqarıstanda hökumət böhranı parlament böhranına çevrilib
BAYRAQDAR MEDİA – Bolqarıstan Xalq Məclisində keçirilən növbədənkənar toplantıda hökuməti qurmaq üçün ilk səlahiyyət alan Baş nazir namizədi Mariya Qabriel üçün səsvermə uğursuz nəticələnib.
Radio Bolqarıstan xəbər verir ki, konstitusiyaya görə, hökuməti formalaşdırmaq üçün ikinci ən çox səsə malik qüvvəyə səlahiyyət veriləcək. Bu arada isə “Prodaljavame Promyanata-Demokratik Bolqarıstan” (PP-DB) adından çıxış edən Atanas Atanasov GERB-SDS Parlament Qrupu tərəfindən namizədliyi irəli sürülmüş və “qarşılıqlı olaraq qəbul edilən baş nazir namizədi ilə” ikinci hökumətin formalaşdırılması tapşırığını yerinə yetirməyə hazır olduqlarını təsdiqləyib. Lakin GERB-SDS bu təkilifi qəbul etməyib.
Öz növbəsində BSP lideri Korneliya Ninova 49-cu Xalq Məclisinin tükəndiyini bəyan edərək, “Biz hökuməti qurmaq səlahiyyəti istəmirik” deyib.
DPS Hüquq və Azadlıqlar Hərəkatının həmsədri Delyan Peevski, isə necə deyırlər, son nöqtəni qoyub: “Növbədənkənar seçkilərə gedəcəyimiz aydındır, qalan hər şey bir növ cəfəngiyat. Cənab Borisov ikinci hökumətin formalaşdırılması təklifini rədd etdi. “Hökuməti qurmaq səlahiyyəti DPS-yə verilirsə, mən də bunu rədd edəcəm”.