Ziyarətçilərə Azərbaycanda avtomobil əyləc bəndlərinin ilk istehsalçısı olan şirkət barədə məlumat verilib
BAYRAQDAR MEDİA – Martın 26-da Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi Azərbaycan şöbəsinin (MÜSİAD Azərbaycan) təşkilatçılığı ilə Hacıqabul Sənaye Məhəlləsində fəaliyyət göstərən “Brake Systems Azerbaijan” MMC şirkəti ziyarət edilib.

Ziyarətdə qardaş Türkiyənin Azərbaycandakı səfiri Dos.Dr Cahit Bağcı, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) sədr müavini Elkiyar Ziyadov, MÜSİAD Azərbaycanın İdarə Heyətinin üzvlər və qurumun fəalları iştirak edib.

Ziyarət zamanı MÜSİAD Azərbaycanın üzvü Mehman Ağayevin rəhbəri olduğu “Brake Systems Azerbaijan” MMC haqqında ətraflı məlumat verilib. Təqdimatla çıxış edən Mehman Ağayev bildirib ki, şirkət Azərbaycanda avtomobil əyləc bəndlərinin ilk istehsalçısıdır.
Qeyd edək ki, Mehman Ağayevin BAYRAQDAR MEDİA-ya özəl açıqlaması tezliklə oxuculara təqdim olunacaq.