Son yeniləmə: 27 Mart 2024 14:44
BAYRAQDAR MEDİA – Quzey Makedoniyada keçiriləcək parlament seçkisi ərəfəsində koalisiyalar formalaşmaqdadır. Bunlardan biri də “Avropa Cəbhəsi” koalisiyasıdır.
Yeni Balkan xəbər verir ki, Ali Ahmetinin rəhbərlik etdiyi BDİ ilə Skender Recepi Zejdin rəhbərlik etdiyi Xalq Hərəkatı Partiyası arasında ötən həftə imzalanan koalisiya ortaqlığı müqaviləsinə daha üç partiya qoşulub.
Belə ki, Menduh Thaçinin rəhbərlik etdiyi Alban Demokrat Partiyası (PDŞ) ilə Aryanit Hocanın qurduğu Avropa Demokrat Partiyası “Avropa Cəbhəsi” adı altında koalisiya ilə ortaqlığı imzalayıb.
Həmçinin Quzey Makedoniyadı türklərin yaratdığı üç partiyadan biri olan Türk Demokrat Partiyası (TDP) da bu seçki yarışında “Avropa Cəbhəsi” ortaqlığına qatılmaq qərarı qəbul edib.
Koalisiya razılaşması nəticəsində TDP 6-cı Seçki Dairəsində 6-cı, 5-ci Dairədə 5-ci, 4-cü Seçki Dairəsində siyahının başında, 3-cü Dairədə 3 və 4-cü, 1-ci Dairədə isə 8-ci sərada olmaqla 6 namizədlə parılament seçkisinə qatılacaq.