Press "Enter" to skip to content

Yeni hökumət üçün qərar günü

Mariya Qabriel

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Bolqarıstanda siyasi proseslər yeni növbədənkənar parlament seçkisinin keçirilməsi ehtimalını artırır.

Bolqarıstanda yenidən seçki keçirilə bilər

Bu arada GERB partiyasının baş nazirliyə namizədi Mariya Qabrielin bu gün prezident Rumen Radevə rotasiya hökumətinin gələcəyi və formalaşması ilə bağlı yekun qərarı təqdim edəcəyi gözlənilir.

Bu məlumatı Radio Bolqarıstan yayıb.

Bildirilib ki, martın 18-də GERB-nin danışıqlar qrupu “Prodaljavame promyanata”nın həmsədri Kiril Petkov və istefa vermiş baş nazir Nikolay Denkovla birlikdə prezidentin hökumət qurmaq mandatını qəbul edib.
Məlumaat əsasən, M.Qabriel, Konstitusiyaya görə bunun üçün 7 günlük müddət olmasına baxmayaraq, 24 saat ərzində öz qərarı ilə faylı geri qaytaracağını bildirib.

Mission News Theme by Compete Themes.