BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev martın 18-də Xankəndi şəhərində Novruz tonqalını alışdırıb.
Prezidentin mətbuat xidməti xəbər verir ki, ölkə başçısı tonqalı alışdırdıqdan sonra onun qarşısında Azərbaycan xalqına bayram müraciəti edib. O, müraciətində Xankəndinin mərkəzi meydanını Zəfər Meydanı adlandırması ilə bağlı qərarını da açıqlayıb.