BAYRAQDAR MEDİA – Oşda Ak-Buura çayının sahilində Oş şəhərinin simvolu olan 150 ədəd söyüd tingi əkilib.
Bu barədə Oş meriyasının mətbuat xidmətinə istinadən Veçernıy Bişkek məlumat yayıb.
Bildirilib ki, “ümumilikdə çay boyu 300-ə yaxın söyüd tinginin əkilməsi nəzərdə tutulub. Qeyd edək ki, Oş şəhər meriyası “Bir sakin – bir ağac!” ümumşəhər kampaniyası elan edib və hər bir sakini sevimli şəhərinin abadlaşdırılması və yaşıllaşdırılmasında fəal iştirak etməyə çağırıb”.
Məlumata görə, ümumilikdə 2024-cü ildə şəhərdə 300 minə yaxın ağac və kol tinginin əkilməsi nəzərdə tutulub.