BAYRAQDAR MEDİA – Martın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan işğal altında tutduqları Azərbaycan kəndlərinə (Tovuz-Qazax istiqaməti) gəlib. O, burada yerli sakinlərlə görüşüb.
Ermənistan mediasının yaydığı qeyri-rəsmi xəbərlərə görə, Nikol Paşinyan kəndlərdə məskunlaşan ermənilərə izah etməyə çalışıb ki, ərazini Azərbaycana təhvil verməli olacaqlar.
Bildirilir ki, Nikol Paşinyanla görüşə gələn sakinlərin mobil telefonları əllərindən alınıb, onların hər hansı çəkiliş aparmasına izn verilməyib.
Kənd sakinləri ilə görüşdə Baş nazir onları inandırmağa çalışıb ki, kəndlər Azərbaycana təhvil verilməzsə, müharibə ola bilər. Özü də bu müharibəni yalnız Azərbaycan deyil, Türkiyə də gerçəkləşdirəcək.
Xəbərlərə görə, söhbət hələlik Azərbaycanın dörd kəndindən gedir ki, Nikol Paşinyan onları təhvil verməyin ən doğru yol olduğunu sakinlərə izah edib.