Press "Enter" to skip to content

Mühasiblər üçün seminar keçirilib

Seminardan xatirə fotosu

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş peşəkar mühasib təşkilatı kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerlərı Assosiasiyasının (APFM) peşəkar mühasib üzvləri üçün “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının yeni Qanununun tətbiqi” mövzusunda seminar keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.

Qeyd edilib ki, seminar APFM və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə reallaşıb.

Məlumata əsasən, seminarda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov geniş təqdimatla çıxış edib: “Seminar iştirakçılarına Qanunda nəzərdə tutulan əsas müddəalar haqqında məlumat verilib, nümunələr üzərindən ətraflı izah olunub. Qanunun tətbiqi ilə bağlı müzakirələr aparıldı, iştirakçıların çoxsaylı sualları cavablandırılıb”.

Mission News Theme by Compete Themes.