Press "Enter" to skip to content

Hər hansı ağılsız bir addım Ermənistana ölümcül zərbənin vurulması ilə nəticələnəcək

Dr. Yücel Karauz

Dr. Yücel Karauz: Bu gün terrorçu qruplardan, dini və imanı yalnız pul olan silahlı dəstələrdən müxtəlif müharibələr zamanı istifadə olunması adət halına alıb

BAYRAQDAR MEDİA – “Bu gün qlobal məkanda hibrid müharibələrlə yanaşı digər bir məqama da müşahidə olunur. Bu da terrorçu qrupların, silahlı birləşmələrin müharibə bölgələrinə, yaxud müharibə olacağı ehtimal edilən regionlara gətirilməsidir. Yəni bu gün terrorçu qruplardan, vətənsiz bayraqsız, əqidəsiz, məsləksiz və imansız, dini və imanı yalnız pul olan silahlı dəstələrdən müxtəlif müharibələr zamanı istifadə olunması adət halına alıb”.

Bunu Ermənistanın Azərbaycanla sərhəd məntəqələrə terrorçu qruplaşmaları, xüsusilə də PKK terrorçularını gətirməsinə dair yayılan məlumatlara münasibət bildirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında o, qeyd edib ki, bu, əslində ilk hal deyil: “Birinci Qarabağ savaşında da, eyni zamanda İkinci Qarabağ savaşında da Ermənistan terrorçulardan, paralı əsgərlərdən istifadə edibdir. Hazırda da alınan məlumatlara görə Ermənistan İraqdan və digər ərazilərdən terrorçuları Güney Qafqazda Azərbaycanla sərhədə gətirməkdə və müharibəyə hazırlaşmaqdadır”.

Türkiyəli general bildirib ki, bu addımlar nə Ermənistana, nə də onu bu cür təhlükəli addımlara sövq edən xarici güclərə uğur vəd etmir: “Bütün proseslər nəzarət altındadır. Yəni Azərbaycan da, Türkiyədə də baş verən olayları diqqətlə izləyir. O cümlədən son vaxtlar sərhəddə Ermənsitanın əl atdığı silsilə təxrtibatların da arxasında bu məqsədin dayandığı bəllidir. Bu təxribatlar həmin terrorçu qrupları Azərbaycana qarşı savaşa qoşmaq üçün hazırlıq məqsədi daşıyır. Ancaq dediyim kimi Azərbaycan və Türkiyənin hərbi rəhbərliyi, müvafiq qurumları bütün proseslərin nəzərət altında saxlayır”.

Dr. Y.Karauz maraqlı bir məqama da toxunub: “Onu da xüsusi olaraq qeyd edim ki, bu terrorçu birləşmələrin tərkibində Batının bəlli ölkələrinin təsir agentləri də yerləşir. Həmin təsir agentləri bu terrorçu qrupları idarə etmək, onları lazım olan istiqamətlərə yönəltmək üçün orada yerləşdirilir. Amma bütün bunlar heç bir nəticə verməyəcək. Necə ki, İraqın quzeyində və Suriyadakı terrorçular məhv edilir, eləcə də Güney Qafqazda onların ani bir hərəkətlənməsi məhvolma ilə nəticələnəcək. Onu da hər kəs bilsin ki, hər hansı ağılsız bir addım Ermənistana ölümcül zərbənin vurulması ilə nəticələnəcək”.

Mission News Theme by Compete Themes.