Press "Enter" to skip to content

Böyükşəhərin nəqliyyat parkına əlavə 23 yeni avtobus

Osman Zolan avtobuslara baxış keçirərkən

Son yeniləmə: 19 Mart 2024 15:19

BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi, şəhər içi ictimai nəqliyyatda istifadə edilən nəqliyyat vasitələri parkına 23 yeni avtobus əlavə edərək, nəqliyyat parkını 291-ə çatdırıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Bələdiyyədən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə Denizli Böyükşəhər Bələdiyyəsi Avtobus İstismar Təsislərində avtobusların təslim mərasimi keçirilib.

Mərasimə AK Parti Denizli nillət vəkili Nilgün Ök, Denizli Böyükşəhər Bələdiyyə başçısı Osman Zolan və digər rəsmi ş.əxslər qatılıb.

Məlumata əsasən, avtobuslara baxış keçirən və şirkət rəsmilərindən məlumat alan bələdiyyə sədri Osman Zolan sürücülərlə də söhbət edib, xatirə şəkli çəkdirib.

Osman Zolan, lent kəsildikdən sonra verdiyi açıqlamada “Artan tələbatı ödəmək üçün vətəndaşlarımızdan bəzi xətlərimizə yeni və daha iri nəqliyyat vasitələrinin gəlməsi ilə bağlı müraciətlər aldıq. Vətəndaşlarımızın tələblərini nəzərə alaraq, avtobusların sayının artırılması üçün hərəkətə keçdik. Təxminən 2,5 ay əvvəl başlayan işimiz nəticəsində yeni maşınlarımız gəldi. Ulasim AŞ parkına 23 yeni avtomobil əlavə edirik. Bununla da parkımızdakı nəqliyyat vasitələrinin sayı 291-ə çatıb”.

Mission News Theme by Compete Themes.