Son yeniləmə: 18 Mart 2024 09:20
BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin Azərbaycana dövlət səfəri məhsuldar olub. Bu səfər zamanı imzalanan sənədlər həm iki qardaş ölkə, həm də türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir.
Bu məqamda qeyd edək ki, Qazaxıstan Prezidentinin mətbuat xidməti Qasım-Jomart Toqayevin dövlət səfəri haqqında sənədli film təqdim edib. “Sinerji” adlı sənədli filmdə səfər zamanı keçirilən görüşlər, imzalanan sənədlər, həmçinin Ali Dövlətlərarası Şuranın birinci iclasının yekunlarından bəhs edilir.