Son yeniləmə: 18 Mart 2024 16:43
BAYRAQDAR MEDİA – İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu, SOCAR-ın prezidenti Rövşən Nəcəfi və Azərbaycanın İraqdakı fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədovu qəbul edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “qəbulda Azərbaycan və İraq arasında əlaqələrin dövlət başçılarının müəyyənləşdirdiyi istiqamətlər üzrə genişləndiyi vurğulanıb. Görüşdə Azərbaycan-İraq tərəfdaşlığının yüksələn xətlə inkişaf etməsindən məmnunluq bildirilib, iki ölkə arasında iqtisadi potensialın reallaşdırılması imkanları nəzərdən keçirilib. İqtisadi-ticari, enerji, qeyri-neft-qaz, turizm və digər sahələrdə daha səmərəli əməkdaşlıq üçün hər iki tərəfin potensialının olduğu qeyd edilib. Azərbaycan nümayəndə heyətinin səfəri zamanı müzakirə edilən məsələlərin ölkələr arasında effektiv işbirliyinə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub”.