Son yeniləmə: 18 Mart 2024 08:03
Boyko Borisov: Bazar ertəsi ya nazirlərin adları olan siyahını təqdim edəcək, ya da seçkiyə gedəcəyik
BAYRAQDAR MEDİA – Bolqarıstanda cərəyan edən son siyasi proseslər yenidən növbədənkənar parlament seçkisinin keçirilməsinə səbəb ola bilər. Hər halda Plovdivdə jurnalistlərə açıqlama verən GERB lideri Boyko Borisovun sözləri buna işarə edir.
Radio Bolqarıstan xəbər verir ki, B.Borisov “Bazar ertəsi biz ya danışıqlardan hazır siyahı ilə Prezident Rumen Radevin qarşısına çıxacağıq, ya da yeni seçkilər keçirəcəyimiz birbaşa bəlli olacaq”, deyib.
Məlumata əsasən, Prezident Rumen Radevin hökuməti qurmaq səlahiyyətini bazar ertəsi günü 49-cu Xalq Assambleyasında deputata sayına görə ilk sırada olan GERB-SDS-ə həvalə edəcəyi gözlənilir. Dövlət başçısı yeni hökumətin qurulması səlahiyyətini üçün GERB-dən Baş nazirin müavini Mariya Qabrielə həvalə edəcək.
B.Borisov, səlahiyyətin M.Qabrielə təhvil verilməsindən sonra hökumətin qurulması ilə bağlı danışıqların aparılmayacağını vurğulayıb. O, mümkün gələcək kabinetdə konkret adlar barədə şərh verməkdən imtina edib.
Bu məqamda xatırladaq ki, Bolqarıstan Prezidenti Rumen Radev hökuməti qurmaq səlahiyyətinin martın 15-də verməli idi. Lakin Patriarx Neofitin ölümündən sonra elan edilən matəmə görə səlahiyyətin verilməsi martın 18-nə təxirə salıb.