Press "Enter" to skip to content

Türk birliyinin daha da güclü olması üçün addımlar atılır

Emin Həsənli

Son yeniləmə: 15 Mart 2024 14:03

Emin Həsənli: QHT təmsilçiləri bu siyasətin uğurlu olması, geniş yayılması və təbliği üçün bir əsgər kimi ön sıralarda olmalıdırlar

BAYRAQDAR MEDİA – “Bir zamanlar arzuladığımız, xəyal etdiyimiz məqamlar indi reallığa çevrilir. Bir zamanlar torpaqlarımızın işğaldan azad edilməsini arzulayardıq. Bu gün isə həmin torpaqlarda azad şəkildə gəzirik. Elə türk birliyinin formalaşması, Turana doğru addım atmaq da bir zamanlar bizlər üçün xəyal idi. Lakin artıq bu arzumuz da real həyatda öz əksini tapır. Buna görə də biz xoşbəxtik”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, son vaxtlar, xüsusilə də 2024-cü ilk üç ayı ərzində atılan addımlar türk birliyinin daha da güclənəcəyini deməyə əsas verir: “Mən deyərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin həm andiçmə mərasimindəki çıxışı, həm də İstanbuldakı çıxışı zamanı Türk Dövlətləri Təşkilatı (TDT) haqqında bəyan etdiyi fikirlər türk dünyasının daha da şahlanışı üçün bir təkan rolunu oynadı. Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin bu günlərdə Azərbaycana reallaşan dövlət səfəri, həmin səfər çərçivəsində imzalanan sənədlər və səslənən bəyanatlar isə TDT-nin qlobal bir güc olaraq yaxın vaxtlarda beynəlxalq arenada mühüm addımlarla yadda qalacağına işarə edir”.

E.Həsənli deyib ki, bütün bunlar nə qədər sevindirici olsa da, həm də bir məsuliyyət, yeni vəzifə deməkdir: “Təbii ki, mən bu zaman ictimai sektor təmsilçiləri olaraq bizləri, QHT nümayəndələrini nəzərdə tuturam. Hesab edirəm ki, dövlətlərin uğurla reallaşdırdıqları siyasətin daha da güclü olması həm də bizdən aslıdır. QHT təmsilçiləri bu siyasətin uğurlu olması, geniş yayılması və təbliği üçün bir əsgər kimi ön sıralarda olmalıdırlar. Ümumiyyətlə, media, ziyalılar, türk dünyasının sevdalıları, fəaliyyəti boyu türklük prinsiplərini əldə rəhbər tutan, vətənpərvər QHT rəhbərləri, o cümlədən üzvləri bu gün daha məsuliyyətli olmalıyıq”.

Mission News Theme by Compete Themes.