Press "Enter" to skip to content

BMT ilə əməkdaşlığın inkişafı müzakirə olunub

Görüş zamanı

Son yeniləmə: 15 Mart 2024 11:30

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatının (UNİDO) baş direktorunun müavini xanım Fatou Haidara ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycanın BMT və ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığı, o cümlədən UNİDO-nun davamlı inkişafın təmin edilməsi üçünsənayenin təşviqi istiqamətində həyata keçirdiyi tədbirlərinəhəmiyyəti qeyd olunub. Bildirilib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Ölkəmizin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasının BMT-nin 2030-cu ilədək İnkişaf Gündəliyi ilə sıx uzlaşması birgə səylərin əlaqələndirilməsini asanlaşdırır”.

Məlumata görə, görüşdə qeyd olunub ki, təşkilat COP29 çərçivəsində ölkəmizə dəstək göstərməyə hazırdır və bu çərçivədə əməkdaşlığıngenişləndirilməsində maraqlıdır: “Tərəflər Azərbaycanda UNİDO-nun İnvestisiyalar və Texnologiyaların Təşviqi Ofisinin yaradılması, təşkilatla Azərbaycan Respublikası Hökuməti arasında 2022-2026-cı illər üzrə Əməkdaşlığa dair Çərçivə sənədində nəzərdə tutulan istiqamətlər üzrə layihə təkliflərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”.

Mission News Theme by Compete Themes.