Son yeniləmə: 15 Mart 2024 11:27
Hazırda Qazaxıstanın sədrlik etdiyi CICA-nın yüksək vəzifəli şəxsləri təşkilatın nizamnaməsi üzərində işə başlayırlar
BAYRAQDAR MEDİA – Hazırda Qazaxıstanın sədrlik etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib. İclasda CICA-ya üzv dövlətlərinin yüksək səviyyəli nümayəndələri, o cümlədən təşkilatn Katibliyi iştirak edib.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, iclasda 2024-2026-cı illərdə CICA-ya sədrlik, CICA Transformasiya Yol Xəritəsinin (VCT) həyata keçirilməsi, CICA üzv dövlətlərinin aparıcı universitetlərinin tərəfdaşlıq şəbəkəsinin yaradılması, digər beynəlxalq təşkilatlarla gələcək əməkdaşlıq kimi məsələlər müzakirə edilib.
Məlumata görə, təşkilata hazırda sədrlik edən Qazaxıstan tərəfi iclasda əldə olunmuş tərəqqi barədə məlumat verib və CICA Transformasiya Yol Xəritəsinin həyata keçirilməsi planlarını təqdim edib: “Bildirilib ki, təşkilatın transformasiyası strukturlaşdırılmış, nəticəyönümlü, mərhələli, lakin uzun sürməyən bir proses olmalıdır.
İclasda həmçinin təşkilat çərçivəsində əməkdaşlığın yeni istiqamətləri və onun Prosedur Qaydalarının yenilənməsi müzakirə olunub. İclas iştirakçıları CICA-ya növbəti sədrlik məsələsini ətraflı müzakirə ediblər. Müzakirələr nəticəsində CICA Nazirlər Şurasına Azərbaycanın 2024-2026-cı illərdə sədrliyi ilə bağlı qərar qəbul etməyi tövsiyə edilib. İclasda digər bir sıra vacib qərarlar da qəbul edilib”.