Press "Enter" to skip to content

“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Tullantıları hədiyyələrə dəyiş

BAYRAQDAR MEDİA – 2018-ci ildən etibarən hər il qeyd olunan Qlobal Təkrar Emal Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin, müxtəlif tərəfdaş qurumların dəstəyi ilə martın 17-də saat 12:00-15:00 arasında Hüseyn Cavid parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə deyilir.

Xəbərdə qeyd edilir ki, “təkrar emal təbii sərvətləri qorumağa kömək edən, ekoloji cəhətdən təmiz və yaşıl planetin yaranmasına töhfə verən bir prosesdir. Festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (müxtəlif növ ağac tingləri, ekoçantalar, milli parklara giriş bileti) əldə edə biləcəklər”.

Qeyd edək ki, ETSN “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən belə tədbirlərdə hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırıb.

Mission News Theme by Compete Themes.