BAYRAQDAR MEDİA – Martın 12-də Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının “Qonaq teatr” layihəsi çərçivəsində Qazax Dövlət Dram Teatrının “Love Butik” (Jalə İsmayıl) tamaşası oynanılıb. Tamaşa paytaxt tamaşaçıları tərəfindən tamaşa böyük maraq və gurultulu alqışlarla qarşılanıb.
Bu haqda sözügedən İttifaqın yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “tamaşadan sonra müəllif Jalə İsmayıl orijinal ədəbi materiala görə, quruluşçu rejissor Mirzə Nicat uğurlu quruluşa görə İttifaqın Fəxri fərmanı ilə təltif olunublar”.