Son yeniləmə: 13 Mart 2024 15:36
BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında tibb üzrə fəlsəfə doktoru, millət vəkili Musa Urudun “Zəngəzur toponimləri” kitabı da yer alır.
Kitab Azərbaycanın ən qədim və zəngin tarixə malik bölgələrindən biri olan Zəngəzurun yer-yurd adlarının tədqiqinə həsr edilib. Bölgədəki 838 toponimin ətraflı izahı verilən kitabı müəllifin elmi-publisistik “Zəngəzur” kitabının ikinci hissəsi də hesab etmək olar. Kitabda müasir eranın əvvəllərindən ta çağdaş günə qədərki mənbələr, sənədlər, elmi ədəbiyyat və xəritələr, habelə yerli sakinlərin məlumatları əsasında Zəngəzurdakı toponimlərin tarixi, etomoligiyası, bölgənin mədəni-etnoqrafik mənzərəsi ətraflı tədqiq edilib, bu qədim türk torpaqlarında yaşayan insanların həyatı, məişəti və mübarizəsi toponimlərin dili ilə oxuculara çatdırılıb.
Kitab bölgənin tarixi, toponimiyası, mədəni-etnik xüsusiyyətləri ilə maraqlanan alimlər, tədqiqatçılar, tələbələr, habelə geniş oxucu ictimaiyyəti üçün nəzərdə tutulub.
Qeyd edək ki, nəşrin elmi redaktoru Əməkdar elm xadimi, Prof. Teymur Büyadovdur.