Press "Enter" to skip to content

İndiyədək 135 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Bu barədə KOBİA-dan məlumat verilib.

Bildirilib ki, “Startap” şəhadətnamələri “Vvonder Voyage” MMC-nin otel və avtomobil rezervasiya platforması, “Kidfi” MMC-nin maliyyə savadlılığını və hesablama bacarıqlarını artıran onlayn platforma və mobil tətbiqi, “CM Elec Troniq” MMC-nin ultrasəs terapevtik arıqlama cihazının istehsalı, “4Youkid” MMC-nin psixoloji xidmətlər üçün onlayn platforması, fərdi sahibkar Ramil Qədirovun ətraf mühitin parametrlərinin qeydə alınması üçün nəzarət-ölçü cihazının istehsalı layihələri üçün təqdim edilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət vəgəlir vergisindən 3 il müddətinə azad edir”.

Məlumata görə, layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər: “Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla bu linkdən tanış olmaq olar. Qeyd edək ki, təkcə 2023-cü ildə 42 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Onlardan 39-u mikro, 3-ü kiçik sahibkarlıq subyektidir. Bu sənədi alan layihələr istehsal və xidmət sahələri üzrə innovativ həlləri özündə ehtiva edir. İndiyədək isə 135 KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib”.

Mission News Theme by Compete Themes.