BAYRAQDAR MEDİA – Martın 12-də elm və təhsil naziri Emin Əmrullayev Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclər Məsələləri üzrə Komitəsinin sədri Givi Mikanadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu haqda Elm və Təhsil Nazirliyinin (ETN) yaydığı xəbərdə bildirilir.
Xəbərdə qeyd edilir ki, “görüşdə Azərbaycan və Gürcüstan arasında ümumi təhsil, peşə təhsili, ali təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, həmçinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb”.