Son yeniləmə: 13 Mart 2024 13:09
BAYRAQDAR MEDİA – 2024-cü ilin fevral ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barrel olub. Bunun 476 min barrelini xam neft, 122 min barrelini isə kondensat təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.