Press "Enter" to skip to content

Direktor müavinləri üçün təlimlər

Təlim zamanı

Son yeniləmə: 13 Mart 2024 14:01

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təlimlər keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “təlimlərin əsas məqsədi məktəb idarəetməsində müasir yanaşmalar, hesabatlılıq və monitorinq ilə bağlı müvafiq yanaşmaların formalaşdırılmasından ibarətdir. İki hissədən ibarət təlimlərin I mərhələsinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üçün 5 ballıq şkalaya uyğun olaraq 2-2,99 ballıq nəticə nümayiş etdirən namizədlər cəlb olunurlar. Daha sonra namizədlər təkrar müsahibəyə qatılacaqlar. II mərhələdə isə 3-5 bal nəticə göstərərək müsahibədən uğurla keçmiş namizədlər vəzifə üzrə təyinat alacaqlar”.

Məlumata görə, təlimlərin ilk günündə BŞTİ-nin müdir müavini Anar Məmmədov təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üçün 2-2,99 ballıq nəticə nümayiş etdirən namizədlərə təqdimatla çıxış edib. O, idarəetmədə çevik, effektiv mexanizmlərin qurulması, əlçatanlığın təmin olunması, tədris prosesinin keyfiyyətli təşkili və tənzimlənməsi, valideynlərlə effektiv kommunikasiyanın yaradılması, məktəblərin daxili nizam-intizam qaydalarının nəzarətdə saxlanmasının vacibliyindən danışıb.
Daha sonra müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Mission News Theme by Compete Themes.