Son yeniləmə: 13 Mart 2024 13:22
BAYRAQDAR MEDİA – İstefa verən hökumət ölkədə miqrant böhranının olmadığını açıqlayıb.
Radio Bolqarıstan xəbər verir ki, Nazirlər Şurasının “Facebook” sosial şəbəkəsində “Dezinformasiyaya qarşı faktlar” bölməsindəki açıqlamada deyilir: “Avropa Parlamentinə seçkilər yaxınlaşdıqca, bəzi siyasətçilərin “miqrantlar”la bağlı ictimai söhbətləri Kremlin bütün Avropada “qaçqın böhranı” ilə bağlı diskursuna uyğun olaraq güclənir”.
Açıqlamada daha sonra bildirilir: “Onlar Bolqarıstanı Avropa yolundan və həyat səviyyəsindən yayındırmaq istəyirlər. Yalan xəbərlər və eyhamlarla insanların qorxularından sui-istifadə edərək, nifrət və inamsızlıq aşılamaqda davam edirlər. Bolqarıstanda “görünməmiş immiqrant axını” yoxdur”.
Açıqlamada İmmiqrasiya mərkəzlərinin 43 faiz dolu olduğu bildirilib: “2023-cü ildə ölkəmizdə xarici vətəndaşlar tərəfindən törədilən cinayətlərin sayı 287, Bolqarıstan vətəndaşları tərəfindən törədilən cinayətlərin sayı isə 4 min 345 olub. Müqayisə üçün qeyd edək ki, on il əvvəl, 2013-cü ildə bu nisbət 285-dən 10 min 221-ə bərabər idi”.