Press "Enter" to skip to content

“ASAN Məktub” balacaların arzularını reallaşdırır

Bir qəlbi də sən isit!” aksiyası zamanı öhdəliyə götürülən 43 uşağın arzusu reallaşdırılıb

Son yeniləmə: 13 Mart 2024 13:14

BAYRAQDAR MEDİA – “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı və “BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Bir qəlbi də sən isit!” aksiyası zamanı öhdəliyə götürülən 43 uşağın arzusu reallaşdırılıb.

Bu barədə “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “Bərdə regionundan olan kiçik dostlarımıza “Sevinc paylaşdıqca çoxalır” deyərək öz istəklərinə uyğun hədiyyələr təqdim olunub. Siz də kiçik bir addım ataraq böyük sevinclərə səbəb olmaq istəyirsinizsə, www.asanmektub.az saytına daxil olaraq öhdəliyə məktub götürə bilərsiniz”.

Mission News Theme by Compete Themes.