Son yeniləmə: 13 Mart 2024 13:48
BAYRAQDAR MEDİA – Türkmənistan Prezidenti Qurbanquli Berdimuhamedovun dəvəti ilə 11-12 mart 2024-cü il tarixlərində Aşqabadda Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 15-ci Toplantısı keçirilib.
Bu barədə Kirim Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “TDT-nin müşahidəçi üvü olan dövlətdə keçirilən ilk Ağsaqqallar toplantısında Ağsaqqallar Şurasının üzvləri 3 noyabr 2023-cü ildə “Türk Zamanı” şüarı ilə keçirilən Astana Zirvə Toplantısının nəticələrini müzakirə edərək, Təşkilat çərçivəsində həyata keçirilən müxtəlif əməkdaşlıq işlərini vurğulayıblar. TDT Baş katibi 2023-cü ilin oktyabrında Səmərqənddə keçirilən sonuncu Ağsaqqallar toplantısında irəli sürdükləri tövsiyələrin icrası ilə bağlı Şuraya məlumat verib”.
Məlumata görə, sonunda Ağsaqqallar Şurası Aşqabadda keçirilən 15-ci iclasının yekunlarına dair bəyannamə qəbul edib.
Şura 16-cı iclasını digər müşahidəçi üzv olan Macarıstanın paytaxtı Budapeştdə keçirmək qərarına gəlib.