Press "Enter" to skip to content

“Türk-Macar Mədəniyyət İli” çərçivəsində simpozium

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 12 Mart 2024 14:09

BAYRAQDAR MEDİA – Türkiyə ilə Macarıstan arasında 100 il əvvəl başlayan diplomatik əlaqələr çərçivəsində 2024-cü il “Türk-Macarıstan Mədəniyyət İli” elan edilib.

Bu çərçivədə iki ölkənin müvafiq qurumları qarşılıqlı olaraq bir sıra fəaliyyət və layihələri planlaşdırıb və həyata keçirməyə başlayıblar.

Kirim Haber Ajansının məlumatına görə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) 2024-cü ildə “Türk-Macarıstan Mədəniyyət İli” çərçivəsində keçirəcəyi tədbirlərdən birincisi Budapeştdə olub. Belə ki, Macarıstanın paytaxtındakı ELTE Universitetində ilk simpozium və sərgi açılışı olub.
Açılış mərasimində TİKA-nın başqan yardımçısı Dr. Mahmut Çevik və Türkiyənin Budapeştdəki səfiri Gülşen Karanis Ekşioğlu da iştirak edib.

Mission News Theme by Compete Themes.