Press "Enter" to skip to content

Qırğızıstan Beynəlxalq Dəniz Təşkilatına üzv olub

Beynəlxalq Dəniz Təşkilatı

Son yeniləmə: 12 Mart 2024 09:44

BAYRAQDRA MEDİA – Qırğızıstan martın 10-da rəsmi olaraq Beynəlxalq Dəniz Təşkilatına (IMO) üzv olub.

Kirim Haber Ajansı xəbər verir ki, sözügedən qurumun saytında yer alan məlumata görə, Qırğızıstan Beynəlxalq Dəniz Təşkilatına üzvlüklə başlı sənədi Birləşmiş Millətlər Təşkilatına (BMT) 27 fevral 2024-cü il tarixindən etibarən təqdim edib.

Məlumata əsasən, Beynəlxalq Dəniz Təşkilatında 176 ölkə var: “Dənizə birbaşa çıxışı olmayan Qırğızıstan bu qrupa daxil olan sonuncu ölkə olub. Sözügedən qurumun baş katibi Arsenio Dominqes Qırğızıstanı bu addımına görə təbrik edib. Qərargahı Londonda yerləşən Beynəlxalq Dəniz Təşkilatı BMT tərəfindən yaradılmışdır. Onun əsas vəzifəsi su yollarında təhlükəsizliyi və etibarlılığı təmin etmək, həmçinin dənizlərin çirklənməsinin qarşısını almaqdır”.

Mission News Theme by Compete Themes.