Press "Enter" to skip to content

Qardaş ölkə Prezidenti Şuşada – Cıdır düzündə

İki qardaş ölkənin prezidentləri Şuşada - Cıdır düzündə

BAYRAQDAR MEDİA – Qardaş Qazaxıstanın Prezidenti Qasım-Jomart Toqayev Azərbaycana dövlət səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Şuşa şəhərində olub.

Xəbəri Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Bildirilir ki, “dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib”.

Daha sonra “dövlət başçıları Natəvan bulağında olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar”.

O da bildirilir ki, “prezidentlər Saatlı məscidində, Bülbülün ev-muzeyində, Cıdır düzündə və XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş üç yaşayış binasından ibarət “Yasəmən” otelində olublar”.

Mission News Theme by Compete Themes.