Press "Enter" to skip to content

Məktəblərdə təxribat törədiləcəyi ilə bağlı məsələyə münasibət

MÜTDA

BAYRAQDAR MEDİA – Ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) daxil olub.

Xəbərdə deyilir ki, “Agentlik yayılan məlumatlardan xəbərdar olduqlarını bildirərək məsələnin aidiyyəti qurumların nəzarətində olduğunu qeyd edib. Həmçinin bildirilib ki, hazırda tədris prosesi ənənəvi qaydada davam edir. MÜTDA valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırıb”.

Mission News Theme by Compete Themes.