Son yeniləmə: 12 Mart 2024 12:05
BAYRAQDAR MEDİA – KKTC Cümhurbaşqanı Ersin Tatar “Baf Şəhidlərini Anma Gecəsi”nə qatılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya KKTC Cümhurbaşqanlıölndan məlumat verilib.
Bildirilib ki, “E.Tatar anım gecəsindəki çıxışında tədbirin təşkilinə görə Baf Türk Birliyinə təşəkkür edib. O, həmçinin Baf şəidlərini yad edib, qazilərə təşəkkürünü bildirib”.
Məlumata görə, E.Tatar Bafda Kıbrıs türklərinin 60 il əvvəl şəhid edildiyini, hımin vaxt Kıbrıs türklərinin müqavimət göstərərək Türkiyənin hərbi müdaxiləsini gözlədikləri halda, rum-yunan ikilisinin Enosisə nail olmaq üçün hücumlarını davam etdirdiklərini bildirib.
E.Tatar Birləşmiş Millətlər Təşkilatının 4 mart 1964-cü il tarixli 186 saylı qərarı ilə rum tərəfini birtərəfli qaydada bütün Kıbrısın hökuməti olaraq qəbul etdiyini və etirazlara baxmayaraq ədalətsiz qərarın hələ də dəyişdirilmədiyini bildirib.