Press "Enter" to skip to content

Birinci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı başlayır

Son yeniləmə: 12 Mart 2024 09:44

BAYRAQDAR MEDİA – Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. 12-14 mart tarixlərində Birinci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı keçiriləcək.

Təşkilatçılardan verilən məlumata görə, Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında 16 ölkədən 90-a yaxın şirkət öz iştirakını təsdiqləyib.

Qeyd edək ki, sərgiyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən dəstək göstərilir: “Azərbaycanda ilk dəfədir ki, keçiriləcək bu yeni sərgi Bakı Ekspo Mərkəzində təşkil ediləcəkdir. Bəşəriyyət bu gün ciddi ekoloji problemlərlə üzləşir. Əsas problemlərdən biri isə bütün dünyanı təhdid edən şirin su ehtiyatlarının tükənməsidir. Azərbaycan da bu cəhətdən istisna deyil. Su ehtiyatlarının idarə edilməsi həm ekoloji baxımdan, həm də ölkənin su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bununla əlaqədar Bakı Su Həftəsi həm ölkəmiz, həm də bütün region üçün çox böyük əhəmiyyət kəsb edir. Tədbir çərçivəsində Azərbaycanda bu sahənin gələcək inkişafı, mövcud çağırışlar və onların həlli yolları, maraqlı tərəflər üçün yeni imkanlar müzakirə olunacaq”.

Sərginin sponsorları “Agro Food Investments”, “ACWA Power”, “Coca-Cola”, “GEO-SU GROUP”, “HİDROLOQ”, “IDE Technologies”, “KOLIN İnşaat”, “Körpü Bina Tikinti” (KBT) və “Özgün İnşaat” şirkətləridir.

O da vurğulanıb ki, üç gün ərzində Bakı Ekspo Mərkəzinin foyesində müxtəlif maketlərin nümayişi, “Suya fərqlilərin rəngli toxunuşu” mövzusunda sağlamlıq imkanları məhdud olan uşaqların iştirakı ilə sərgi və Qərbi Kaspi Universitetinin Dizayn fakültəsindən olan tələbələrin əl işlərindən ibarət sərgi təşkil ediləcək. Üç gün ərzində, həmçinin su ilə bağlı aktual məsələlərə həsr edilmiş panel müzakirələri keçiriləcək.

Mission News Theme by Compete Themes.