Son yeniləmə: 11 Mart 2024 11:50
BAYRAQDAR MEDİA – “Qeyd etmək istərdim ki, Qazaxıstan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlıdır”.
El.kz xəbər verir ki, bunu Qazaxıstanın Prezidenti Qasım-Jomart Toqayev mətbuata müsahibəsi zamanı deyib.
Azərbaycana rəsmi səfəri ərəfəsində verdiyi müsahibədə o, bildirib ki, Qazaxıstan beynəlxalq sülhməramlı təşəbbüslərin təşəbbüskarı və dəstəkçisi kimi bütün Avrasiya regionunun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır.