Press "Enter" to skip to content

Qazaxıstan Prezidentindən Azərbaycana təşəkkür

Qasım-Jomart Toqayev

Son yeniləmə: 11 Mart 2024 10:04

BAYRAQDAR MEDİA – “Mən şirkətlərimizin Qarabağın dirçəlişində iştirak etməkdə maraqlı olduğunu bir daha təsdiqləmək istərdim. Qazax şirkətinə Füzulidə Mərkəzi Rayon Xəstəxanasının tikintisi layihəsini təqdim etdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

El.kz xəbər verir ki, bunu Qazaxıstanın Prezidenti Qasım-Jomart Toqayev mətbuata müsahibəsi zamanı deyib.

Məlumata görə, Azərbaycana səfəri ərəfəsində verdiyi müsahibədə Qazaxıstanın dövlət başçısı həmçinin bildirib: “Yaxın gələcəkdə Qazaxıstan Respublikasının şirkətlərinin iştirakı ilə daha çox oxşar layihələrin olacağını gözləyirik. Əminəm ki, birgə səylər nəticəsində Qarabağ yeni rənglərlə çiçəklənəcək və Azərbaycanın quruculuq siyasətinin nümunəsinə çevriləcəkdir”.
Qasım-Jomart Toqayev əmin olduğunu bildirib ki, regionun infrastrukturunun bərpası təkcə Azərbaycanın deyil, bütün Güney Qafqazın inkişafına töhfə verəcək.

Mission News Theme by Compete Themes.