Son yeniləmə: 11 Mart 2024 14:01
BAYRAQDAR MEDİA – Martın 9-da “KazMunayQaz” (KMG) Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev Bakıya səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ilə görüş keçirib.
Kazinform müxbiri xəbər verir ki, bu barədə KMG -nin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, tərəflər Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tranzit həcminin tədricən artırılması və Qazaxıstan neftinin Bakı-Supsa neft kəməri ilə nəqli məsələlərini müzakirə ediblər: “M.Mirzaqaliyev “KazMunayQaz” üçün SOCAR ən mühüm strateji tərəfdaşdır. Əminik ki, Qazaxıstan neftinin tranzit həcmlərinin tədricən artırılması qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni təkan verəcək” deyib”.
KMG-dən məlumtda o da bildirilib ki, “KazMunayQaz” və SOCAR arasında 1,5 milyon ton Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinə dair imzalanmış Saziş çərçivəsində ötən ildən Qazaxıstan nefti Aktau-Bakı-Ceyhan marşrutu ilə davamlı şəkildə nəql edilir.
2023-cü il ərzində Aktau limanından 1057 min ton, 2024-cü ilin yanvar-fevral aylarında isə 232 min ton neft göndərilib.