BAYRAQDAR MEDİA – 9-10 mart tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanmış “Əsrə bərabər gün” (iki hissəli fantastik realizm) tamaşasının premyerası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilib ki, “yeni səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur. Bu tamaşanı Çingiz xandan Çingiz Aytmatova qədər dünən, bu gün, sabah kontekstində əsrə baxış adlandırmaq olar. Səhnə əsəri Boranlı stansiyasındakı dəmiryolçu Yedigeyin dostu Qazanqapın cənazəsini qədim yurd yeri olan Ana-beyitdə dəfn etmək üçün çıxdığı yolla başlayır. Əcdadlarının uyuduğu Ana-beyitin yerində Baykanur kosmodromu salındığı üçün Boranlı camaatı ora buraxılmır. Əsərdə bu hadisə – Ana-beyitə gedən yolun bağlanması kosmik stansiyanın salınması səbəbi ilə əlaqələndirilsə də, tamaşada əcdadlarına, torpağına sahiblik hissinin olmaması günahı kimi də dəyərləndirilir. Oğullar atalarını, analarını tanımırsa, torpaq da onları qəbul etmir. Belə insanların heç sonsuz qalaktikada da yeri olmayacaq”.
Daha sonra xəbərdə, “tamaşa bağlanmış yol – “giriş qadağandır” əmri ilə yaranmış kolliziya ətrafında keçmiş rəvayətdən gələcək yerdənkənar sivilizasiyaya qədər olan yolun bərpası cəhdi kontekstində həll olunub. Əgər əsər yaddaşını itirib manqurta çevrilən nəslin faciəsindən, qədim yurd yerlərində salınan kosmodromla davam etməsindən bəhs edirsə, tamaşa yaddaşını könüllü itirənlərə, könüllü manqurta çevrilənlərə, əcdadlarının harada dəfn edilməsinin fərqində olmayan, genetik kodunun hansı torpağa aid edilməsini bilməyənlərə torpaq haqqında rəvayətdir. Tamaşa həmçinin əcdadlarının genetik kodlarını unudanlar haqqında ən uzun günün hekayəsidir. Eləcə də tamaşa əcdadlardan gələn və sonrakı nəsillərə mütləq ötürüləcək bir az mistik, bir az fantastik, bir az da realist kontekstdə həll olunmuş rəvayətdir” deyə qeyd edilir.
Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı (Yedigey), Əli Nur (Tansıkbayev-müstəntiq), Laləzar Mustafayeva (Ukubala), Cəfər Namiq Kamal (Müfəttiş), Bəsti Cəfərova (Nayman Ana), Rafiq Əzimov, Hacı İsmayılov (Nayman tayfa başçısı), Sabir Məmmədov (I Mühəndis), əməkdar artistlər Abbas Qəhrəmanov (Qazanqap), Elşən Rüstəmov (Abutalıb Kuttubayev), Anar Heybətov (Sabitcan), Vəfa Rzayeva (Zərifə), Ayşad Məmmədov (Ədilbəy), Elxan Quliyev (Əbilov), Mirzə Ağabəyli (Cumaəli), Əminə Babayeva (Bikə), Rövşən Kərimduxt (Kospan və Juanjuan tayfa başçısı), Aslan Şirin (Osman və şagird 3), Elşən Cəbrayılov (I hərbçi), Mətləb Abdullayev (II Hərbçi), Rəşad Bəxtiyarov (Juanjuan 2), Məzahir Cəlilov (Qəbilə sakini 1), Əlvida Cəfərov (Qəbilə sakini 2), Kazım Həsənquliyev (Yolçu qonaq 1), Elşən Cəbrayılov (baş mühəndis), Almaz Amanova (Baş nəzarətçi), Elnar Qarayev (Paritet kosmonavt 1-2), aktyorlar Şəhla Əliqızı (Ayzadə), İlyas Əhmədov (Ayzadənin əri), Afət Məmmədova (Əbilovun arvadı), Rüstəm Rüstəmov (Qalibbəy), Cavidan Novruzov (Leytenant Tansıkbayev), Cümşüd Zeynalov (trofim və yolçu qonaq 2), Ramin Şıxəliyev (Maşinist), Elçin Nurəliyev (I əsgər), Tural İbrahimov (II əsgər), Vüsal Mustafayev (Juanjuan 1), Elsevər Rəhimov (Manqurt 1), Elçin Nurəliyev (Manqurt 2), Tural İbrahimov (Manqurt 3), Dilarə Nəzərova (Nayman – qadınlar 1), Ləman İmanova (Nayman – qadınlar 2), Firuzə Balayeva (Nayman – qadınları 3), Elnur Qədirov (Paritet kosmonavt 2-1), Elçin Əfəndi (II Mühəndis), Lalə Süleymanova (Konvensiya əməkdaşı), Rada Nəsibova (Astronavt 1), Nəzrin Abdullayeva (Astronavt 2), Elsevər Rəhimov (Şagird 1), Ramin Şıxəliyev (Şagird 2), Aydan Həsənzadə (Şagird 4), Aylin Həşimova (Şərafət), Dilarə Məhərrəmli (Səulə), Rüzgar Qasımzadə (Ermek) və Amir Muradov (Daul) iştirak edib.
Səhnə əsərinin bəstəkarı Azər Hacıəsgərli, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Plastik həll Ceyhun Dadaşova, qrafika və montaj işi Binyamin Sailov, Tərlan Əsgərli və Ruslan Kərimova məxsusdur.
Tamaşanı Nərmin Həsənova, Ceyran Başaran və Dilbər İsmayılova idarə edib.