Son yeniləmə: 11 Mart 2024 09:42
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar martın 11-də Birləşmiş Millətlər Təşkilatı Baş katibinin şəxsi nümayəndəsi Maria Angela Holguin Cuelları qəbul edəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, “KKTC Cümhurbaşqanlığında keçiriləcək görüş şəxsi nümayəndə Olqinin adadakı təmaslarının ikinci raundunun ilk görüşü olacaq. BMT-nin Baş katibi Antonio Quterreş yanvarın 5-də Ersin Tatar və Nikos Hristodulidesdən ayrı-ayrılıqda razılıq aldıqdan sonra Holqini özünün şəxsi nümayəndəsi təyin etmişdi”.