Son yeniləmə: 11 Mart 2024 15:46
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransda Kuzey Kıbrıs Türk Cümhriyyəti (KKTC) də təmsil olunub. Qardaş ölkəni bu konfransda KKTC Cümhurbaşqanı Uluslararası İlişkiler ve Diplomasi Özel Danışmanı Prof. Dr. Hüseyin Işıksal təmsil edib.
Beynəlxalq konfransda yaddaqalan çıxış edən edən Prof. Dr. Hüseyin Işıksal tədbir çərçivəsində Şuşaya da səfər edib.
Bununla bağlı təəssüratlaırnı BAYRAQDAR MEDİA ilə bölüşən təmsilçi öncə onu bildirib ki, Şuşada və Qarabağın digər yerlərində işğal dövründə ermənilər tərəfindən törədilmiş vandalizm aktı onu sarsıdıb: “Bu, əslində, bizə bir zamanlar Kıbrıs türklərinə edilən zülmləri xatırladır. Çünki ermənilər bu torpaqlardakı məscidləri heyvan axurlarına çevirdiyi kimi, rumlar da türklərin yaşadığı Quzey Kıbrıs ərazisində vaxtı ilə bənzər cinayətlər törətmişlər. Şuşaya səfər zamanı o qənaətə gəldim ki, ermənilər 30 il ərzində türk izini Qarabağdan silməyə çalışıblar. Ancaq şükürlər olsun ki, düşmənin bu istəyinin reallaşmasına imkan verilməyib”.
Prof. Dr. Hüseyin Işıksal vurğulayıb ki, bu, sadəcə sıradan bir cinayət və vəhşilik deyil, həm də din əleyhinə törədilən terrordur: “Ona görə də bəşəriyyət bir daha bu cür cinayətlərin olmasna imkan verməmılidir. Mən dünya birliyinə, aparıcı ölkə və təşkilatlara müraciət edirəm ki, bütün dinlərə hörmətlə yanaşılmalıdır”.
Açıqlamasında o, eyni zamanda Şuşaya ilk dəfə səfər etdiyini və şəhərdə aparılan yenidənqurma işlərinin onda xoş təəssürat yaratdığını söyləyib: “Biz bu tikinti-quruculqu işlərini görməkdən çox məmnunuq. Əminliklə vurğuaya bilərəm ki, bu işlər, ümumilikdə qardaş Azərbacan dövlətinin atdığı qətiyyətli addımlar sayəsində Şuşa qısa zamanda böyük mədəniyyət və istirahət mərkəzinə çevriləcək”.