Son yeniləmə: 11 Mart 2024 09:33
Dr. Yücel Karauz: Çünki NATO-nun üzərinə götürdüyü missiya üzv ölkələrin təhlükəsizliyini və müdafiəsini təmin etməkdir
BAYRAQDAR MEDİA – “Krımın Rusiya tərəfindən işğalından sonra NATO qərar qəbul etdi. Həmin qərara görə, 2024-cü ilə qədər alyansa üzv ölkələrin müdafiə xərcləri ÜDM-nin ən azı 2 faizini təşkil etməlidir. Yəni bu qərar məcburi xarakter daşıyır. Lakin əksər ölkələr bu qərara əməl etmədilər. Çünki həmin ölkələrin ÜDM-nin 2 faizini müdafiə xərclərinə ayırması qeyri-mümkündür”.
Bunu ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO ilə bağlı fikirlərinə münasibət bildirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
ABŞ-nin keçmiş prezidenti Donald Tramp hesab edir ki, NATO üzvü olan ölkələr alyansa haqlarını ödəməsələr, o zaman ABŞ onları Rusiyadan müdafiə etməyəcək.
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Dr. Yücel Karauz qeyd edib ki, bu gün 32 üzvü olan NATO-nun yalnız 11 üzvü həmin qərara tam şəkildə əməl edə bilir: “Bu gün NATO daxilində müdafiəyə ən çox pul ayıran ölkə Polşadır. Polşa ÜDM-nin 4 faizini müdafiə xəstələrinə ayırır. Türkiyə isə ÜDM-nin 1.31 faizini müdafiə xərclərinə ayırır. Birləşmiş Ştatlar isə ÜDM-nin 54 faizi müdafiə xəstələrinə ayırır. Eyni zamanda NATO daxilində ümumi müdafiə xərclərinin 70 faizi ABŞ-ın üzərinə düşər”.
Onun sözlərinə görə ABŞ-ın keçmiş prezidenti Donald Trampın müdafiə xərcləri tələbinə əməl etməyən NATO üzvü ölkələrin Rusiyadan müdafiə edilməyəcəyinə dair açılqması qeyri-etikdir: “Əvvəla NATO-nun üzvü olan 32 ölkənin hamısının ÜDM-nin 2 faizini müdafiə xərclərinə ayırması qeyri-mümkündür. Bunu ABŞ rəhbərliyi və nə zamansa rəhbərlikdə olanlar çox gözəl bilir. Digər tərəfdən bu gün qlobal məkanda elə bir vəziyyət yaranıb ki, sanki NATO sadəcə Birləşmiş Ştatların dünyadakı hegemoniyasına xidmət edən bir qurum halına gəlib. Bu da qətiyyən qəbuledilməzdir. Çünki NATO-nun üzərinə götürdüyü missiya üzv ölkələrinin təhlükəsizliyini və müdafiəsini təmin etməkdir. Yəni bu ölkələrə hər hansı üçüncü ölkədən hücum, yaxud təhlükə olarsa NATO həmin ölkənin müdafiəsini təmin etməlidir”.