Press "Enter" to skip to content

 Denizli Böyükşəhər Bələdiyyəsi Ramazan ənənələrinə sadiqdir

Hər gün 5 min adam üçün iftar veriləcək

Son yeniləmə: 11 Mart 2024 12:10

BAYRAQDAR MEDİA – Hər il olduğu kimi bu il də Denizli Böyükşəhər Bələdiyyəsi Ramazan ənənələrinə sadiq qalıb.

Bələdiyyədın BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.

Bildirilir ki, “bu çərçivədə Denizli Böyükşəhər Bələdiyyəsi Kayalık küçəsində Ulu Caminin yanında qurulan iftar çadırında hər gün 5 min adam üçün iftar veriləcək. Bundan başqa Denizli Böyükşəhər Bələdiyyəsi hər il olduğu kimi bu il də məhəllə iftarları təşkil edərək vətəndaşları eyni süfrə arxasında görüşdürəcək”.

Müfti Ahmet Hulusi Əfəndi məscidində də hər gün iftar mərasimləri təşkil ediləcək
Müfti Ahmet Hulusi Əfəndi məscidində də hər gün iftar mərasimləri təşkil ediləcək

Məlumata əsasən, Denizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan daha bir Ramazan ayına sahib olmaqdan xoşbəxt olduqlarını ifadə edərək, bu il də Ramazan ənənələrini davam etdirəcəklərini bildirib: “Bələdiyyə sədri O.Zolan ənənəvi iftar çadırında hər gün 5 min insanın iftar açacağını bildirib. Ramazan ayında həmçinin xeyriyyəçilərimiz, iş adamlarımız və ya otaqlarımız iftar süfrələri açacaqlar”.

Yeri gəlmişkən, Denizlidə yerləşən Pamukkale Universitetinin yanındakı olan Müfti Ahmet Hulusi Əfəndi məscidində də hər gün iftar mərasimləri təşkil ediləcək. Ege bölgəsinin ən böyük məscidi olan bu məsciddə hər gün Denizli sənayeçiləri tərəfindən iftar süfrəsi açılacaq.

Mission News Theme by Compete Themes.