Son yeniləmə: 11 Mart 2024 11:21
Prof. Dr. Hüseyin Işıksal: KKTC İslam Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olmalıdır
BAYRAQDAR MEDİA – Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransda qardaş Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) də təmsil olunub. Belə ki, KKTC Cumhurbaşqanı Uluslararası İlişkiler ve Diplomasi Özel Danışmanı Prof. Dr. Hüseyin Işıksal həmin konfransda ölkəsini təmsil edb.
Prof. Dr. Hüseyin Işıksal, həmçinin konfransdakı çıxışında Kıbrsı türk xalqının məruz qaldığı qeyri-insani və əsassız təcridlərdən bəhs edib.
Haqsız və qeyri-insanı təcridə son qoyulmalıdır
KKTC Cümhurbaşqanlığından BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Prof. Dr. Hüseyin Işıksal çıxışının əvvəlində bu mühüm və vaxtında keçirilən konfransın təşkilatçılarına təşəkkür edib, Cümhurbaşqanı Ersin Tatarın salamlarını çatdırıb.
Məlumata görə, o, müstəqil dövlətə malik suveren bir xalq olan Kıbrıs türklərinin 1960-cı ildə Kıbrıs Cümhuriyyətindən silah gücünə qovulduqdan sonra adada rum tərəfinin təktərəfli suverenliyini qəbul etmədiklərini və azlıq olduqları üçün qeyri-insani və əsassız təcridə məruz qaldıqlarını vurğulayıb. KKTC təmsilçisi pulsuz nəqliyyat, birbaşa ticarət, beynəlxalq idman və mədəni fəaliyyətlərdə iştirak kimi ən elementar insan hüquqlarının siyasətlə qarışdırılmamalı olduğunu bildirib.
KKTC dünya ilə hər baxımdan, bütün sahələrdə inteqrasiyaya hazırdır
Məlumata görə, Prof. Dr. Hüseyin Işıksal çıxışında Ersin Tatarın vəzifəyə gəldiyi gündən etibarən Kıbrıs türk xalqına qarşı bu zülmə son qoymaq üçün irəli sürdüyü bərabər beynəlxalq status və suveren bərabərlik vizyonunun yeni bir tələb olmadığını, Kıbrıs türk xalqının artıq qazanılmış haqqı olduğunu vurğulayıb.
Çıxışında KKTC haqqında ətraflı məlumat verən natiq KKTC-nin bir dövlətin sahib olması lazım olan bütün xüsusiyyətlərə malik bir dövlət olduğunu, dünyanın 20 ölkəsində təmsil olunmaqla tam demokratik qurum və təşkilatlara malik olduğuna diqqət çəkərək, dünya ilə hər baxımdan, bütün sahələrdə inteqrasiyaya hazır olduğunu vurğulayıb.
Kıbrıs türklərinin apardıqları mübarizə həm də bu adada türk və müsəlman kimliyini unutdurmağa çalışanlara qarşıdır
“KKTC olaraq təcridin aradan qaldırılmasında müsəlman ölkələrindən dəstək gözləyirik” deyən İşıksal, İslam ölkələri öz fərdi maraqlarını bir kənara qoyaraq, ortaq maraqları uğrunda mübarizə aparmasalar, nəticə əldə etməyin çətin olacağını qeyd edib.
Prof. Dr. Hüseyin Işıksal sonda bir çağırış da səsləndirib: “Kıbrıs türklərinin adada apardıqları müqəddəs və şərəfli mübarizə təkcə bizim davamız üçün deyil, həm də bu adada türk və müsəlman kimliyini unutdurmağa
çalışanlara qarşıdır. KKTC-ni İslam Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olmalıdır”.