BAYRAQDAR MEDİA – Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində qardaş ölkənin müdafiə sənayesi kompleksinə daxil olan “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar ilə görüşüb.
Xəbəri BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən veriblər.
Bildirilir ki, “görüşdə Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi texniki sahədə də uğurla inkişaf etdiyi vurğulanıb, cari əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Sonda tərəflər arasında birgə tədqiqat, inkişaf və istehsalata dair əməkdaşlıq müqaviləsi imzalanıb”.