BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev martın 7-də Sərəncam verərək Emin Zamin oğlu Hüseynovun Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilməsini qərarlaşdırıb.
Eyni Sərəncamla 2 dekabr 2021-ci il tarixli “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Sərəncam da ləğv edilib.
Ləğv edilən Sərəncam Emin Hüseynovun Şuşa rayonu istisna olmaqla Qarabağ iqtisadi rayonunun tamamında xüsusi nümayəndə təyin edilməsini nəzərdə tuturdu.