BAYRAQDAR MEDİA – Martın 6-da Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının konsert proqramı təqdim edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeydən daxil olub.
Xəbərdə deyilir ki, “konsertdə Mahnı Teatrının instrumental ansamblının müşayiəti ilə Azərbaycanın tanınmış incəsənət ustaları – Xalq artistləri Gülyaz Məmmədova, Heydər Anatollu, ifaçılar Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva, Ramazan Şərifzadə tərəfindən ifa olunan mahnılar səsləndirilib”.
Böyük maraqla qarşılanan konsert proqramından sonra qonaqlar tematik ekskursiya çərçivəsində “Salam, Novruz!” sərgisi ilə tanış olublar.