BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Təbriz şəhərində fars-molla rejiminin həbs etdiyi milli fəallar bir aydır ki, naməlum vəziyyətdə saxlanılırlar.
Bu haqda xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Bildirilir ki, Təbriz sakinləri Araz Aman, Ayaz Seyfxah, Baqir Hacızadə və Səid Camalzadə adlı Güney Azərbaycanlı milli fəallar bir aydır həbs edilmələrinə baxmayaraq hələ də ETTELAAT idarəsinin təcridxanasında saxlanılırlar.
Hələlik həbsin səbəbləri və saxlanılan milli fəalların vəziyyəti haqda ətraflı məlumat yoxdur.