Press "Enter" to skip to content

Bu vətəndaşlar Bolqarıstanda AP seçkilərində səs verə biləcəklər

İyunun 9-da Bolqarıstandan Avropa Parlamentinə seçkilər keçiriləcək

Son yeniləmə: 7 Mart 2024 10:19

BAYRAQDAR MEDİA – 2024-cü il iyunun 9-da Bolqarıstandan Avropa Parlamentinə keçiriləcək deputat seçkilərində səsvermə üçün zəruri şərt kimi yaşayış öhdəliyi irəli sürülüb.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Bildirilib ki, “Mərkəzi Seçki Komissiyasının bəyanatına əsasən, yalnız “son üç ayda Bolqarıstan Respublikasında və ya Avropa İttifaqının digər üzvü olan ölkədə yaşayanlar” səs verə biləcək. Bu o deməkdir ki, Bolqarıstan vətəndaşları Bolqarıstan sərhədləri daxilində daimi və cari ünvanda və ya Bolqarıstandakı daimi ünvanda və digər üzv dövlətdə mövcud olan ünvanda qeydiyyatdan keçməlidirlər”.

Mission News Theme by Compete Themes.